Qazaxıstanda məmurların Epşteynlə əlaqələri araşdırılır

27 Fevral 2026 14:12 (UTC+04:00)

Qazaxıstan Baş Prokurorluğu ölkədə bəzi vəzifəli şəxslərin amerikalı maliyyəçi Ceffri Epşteyn ilə mümkün əlaqələrinə dair araşdırmaya start verib.

SİA xarici KİV-ə istinadən məlumat verir ki, istintaq çərçivəsində Epşteynin Qazaxıstanın sabiq baş naziri və Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Kərim Məsimov ilə ehtimal olunan əlaqələri də araşdırılır.