Baş prokuror Kamran Əliyev cari il martın 4-də, saat 10:00-da Kürdəmir rayon prokurorluğunun inzibati binasında Kürdəmir, Ucar, Ağdaş, Göyçay, Zərdab və Ağcabədi rayon sakinlərinin qəbulunu keçirəcək.
Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Kürdəmir rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.