Ermənistanda deputatın ev dustaqlığı uzadıldı

27 Fevral 2026 00:16 (UTC+04:00)

Ermənistanda daha bir Paşinyan əleyhdarına qarşı hökm çıxarılıb. İrəvan məhkəməsi "Müqəddəs mübarizə" hərəkatının tərəfdarı və parlamentin "Ermənistan" fraksiyasının deputatı Artur Sarkisyanın ev dustaqlığının 3 ay müddətinə uzadılması barədə qərar qəbul edib. A.Sarkisyan "terror aktı hazırlığı" və "hakimiyyəti ələ keçirməyə cəhd"də ittiham olunur.

Mətləb