Qazaxıstan daimi yaşayış icazəsi və yaşayış icazəsi almaq üçün qaydaları sərtləşdirib. Bunun üçün bu ölkədə məskunlaşmaq istəyən əcnəbilər dil imtahanı verməlidirlər.
Xüsusilə, yeni müraciət edənlərdən A1 səviyyəsində (əsas səriştə) Qazax dili imtahanından keçmələri tələb olunacaq. Test distant şəkildə keçiriləcək və dinləmə və oxuma-anlamadan ibarətdir. Vaxt limiti 70 dəqiqədir. Hər bölmədə minimum 30% düzgün cavab tələb olunur. Təkrar imtahanlara icazə verilir.
İmtahandan uğurla keçdikdən sonra müraciət edən şəxs migration.enbek.kz portalında yaşını, təhsilini, dil səriştəsini, iş və təhsil təcrübəsini, peşəkar səriştələrini və sağlamlıq vəziyyətini göstərən anketi doldurmalıdır. Avtomatlaşdırılmış sistem cavabları təhlil edəcək və bal verəcək. Bu mərhələdən keçmək üçün minimum 400 bal tələb olunur. Daha sonra immiqrant şöbələrarası yoxlama və müsahibədən keçir.
Eyni zamanda, müraciət edən şəxs daimi yaşayış üçün vətəndaşı olduğu ölkənin yazılı razılığını təqdim etməlidir.
Potensial immiqrantın beş mərhələli rəqəmsal qiymətləndirilməsi 29 günə qədər davam edəcək və uyğunluq barədə bildirişlə başa çatacaq. Nəticə müsbət olarsa, əcnəbi müvəqqəti yaşayış icazəsi üçün müraciət edə biləcək.
Daha əvvəl xəbər verdiyimiz kimi, Qazaxıstan İsrail ilə müsəlman dövlətləri arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan "İbrahim Sazişləri" adlanan sazişi imzalayan yeni ölkə olacaq.
VƏLİ