...ABŞ Təhsil Departamenti xarici hökumətlərdən və təşkilatlardan Amerika universitetlərinə edilən ianələr haqqında məlumatları dərc edərək əvvəllər gizli qalan milyardlarla dollarlıq axınlara işıq salıb.
Dərc olunmuş məlumata görə, xarici donorlar 2025-ci ildə Amerika universitetlərinə 5,2 milyard dollardan çox ianə ediblər. Qətər maliyyələşdirmədə 1,2 milyard dollardan çox ianə etməklə mübahisəsiz lider olub.
SİA-nın məlumatına görə, onu 633 milyon dollarla Böyük Britaniya və Amerika universitetlərinə təxminən 530 milyon dollar ianə edən Çin izləyib.
Ümumilikdə, 1986-cı ildə Konqres bu cür müqavilələr və ianələr barədə hesabat verməyi tələb etdikdən bəri xarici mənbələr ABŞ ali təhsilinə təxminən 67 milyard dollar sərmayə qoyublar.
ABŞ administrasiyası vurğulayır ki, bu məlumatların dərc edilməsi konkret ölkələrin və ya məbləğlərin qiymətləndirilməsi deyil, şəffaflığı təmin etmək məqsədi daşıyır.
ABŞ Təhsil Katibinin müavini Nikolas Kent jurnalistlərə izah edib ki, “...bu, işıq saçmaq və xarici qurumlardan hansı xarici hədiyyələrin və müqavilələrin gəldiyini daha yaxşı başa düşməklə bağlıdır”.
O bildirib ki, məqsəd mühakimə yürütmək deyil, Amerika xalqına suallar verməyə imkan yaratmaqdır: “Bu pul onlar üçün nə edir? Bu maliyyələşdirmə ilə hansı xarici təsir əlaqəli ola bilər?”
Ən böyük ianələr ölkənin aparıcı texnologiya və tədqiqat mərkəzlərinə verilib.
Ən çox alanlar arasında Karnegi Mellon Universiteti, Massaçusets Texnologiya İnstitutu (MIT) və Harvard Universiteti də var idi.
Bu məlumata ictimaiyyətin çıxışı üçün yaradılan portala görə, Karnegi Mellon Universiteti ölkədə yalnız Harvarddan sonra ikinci ən böyük xarici maliyyələşdirmə alan ölkəyə çevrilib. Karnegi Mellon Universitetinin sözçüsü Çak Karni açıqlamasında Qətərdən gələn vəsaitin 90 faizdən çoxunun iyirmi ildən çox əvvəl açılan universitetin Doha kampusunun fəaliyyətinə yönəldiyini izah edib.
O, kampusun fəaliyyətinin universitetin akademik missiyası və ABŞ qanunlarına uyğun olduğunu və Dövlət Departamenti də daxil olmaqla müxtəlif ABŞ administrasiyalarının bu əməkdaşlığın dəyərini təsdiqlədiyini və onun davamlı mövcudluğunu təşviq etdiyini vurğulayıb.
Məlumatların dərc olunması Amerika akademik mühitində xarici təsirin artan nəzarəti fonunda baş verir.
Təhsil Departamentinin yüksək vəzifəli rəsmisi qeyd edib ki, universitetlər tərəfindən hesabat tələblərinə əməl edilməmə nisbəti təxminən 35 faiz olaraq qalır, baxmayaraq ki, bu, 2019-cu illə müqayisədə əhəmiyyətli bir irəliləyişdir.
Xarici maliyyə mənbələrinin qeyri-dəqiq və ya gec açıqlanması ilə bağlı araşdırmalar hazırda Harvard və Pensilvaniya Universiteti də daxil olmaqla dörd universitetdə aparılır.
Əli Babayev