Azərbaycan, Gürcüstan və Türkiyə Orta Dəhlizin potensialının reallaşdırılmasını müzakirə edib.
SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, Gürcüstan – Azərbaycan – Türkiyə biznes forumunda ölkələrimiz arasında iqtisadi inteqrasiyanın gücləndirilməsi və tərəfdaşlığın səmərəliliyinin daha da artırılması imkanları dəyərləndirilib.
M.Cabbarov qeyd edib ki, regional bağlantıların gücləndirilməsi üçün strateji imkanları vurğulayaraq, enerji resurslarından effektiv istifadənin, Orta Dəhlizin potensialının reallaşdırılmasının, rəqəmsal tranzit infrastrukturunun təkmilləşdirilməsinin, ölkələrimizin ixrac imkanlarının artırılmasının və ticarət əlaqələrindəki dinamikanın davamlı dəstəklənməsinin önəmini qeyd edilib: "Fəaliyyətimizin prioritet istiqamətlərindən olan təchizat zəncirlərinə investisiyaların cəlb edilməsi və işgüzar dairələr arasında sinerjinin təşviqi dayanıqlı iqtisadi ekosistemin formalaşdırılmasına xidmət edir".
Xatırladaq ki, Gürcüstanın Kaxeti regionunda keçirilən VII Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forum keçirilir.