Nazirlər Kabinetinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

26 Fevral 2026 13:52 (UTC+04:00)

Fevralın 26-da Nazirlər Kabinetinin kollektivi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Bakıda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

SİA xəbər verir ki, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib, abidənin önünə gül dəstələri düzülüb.