Naxçıvanda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb - FOTOLAR

26 Fevral 2026 12:57 (UTC+04:00)

Fevralın 26-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, dövlət və hökumət rəsmiləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları və ictimaiyyət nümayəndələri Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət ediblər.

SİA-nın bölgə müxbiri xəbər verir ki, abidə önünə güllər qoyulub, Xocalı soyqırımına məruz qalmış soydaşlarımızın xatirəsinə ehtiram ifadə olunub.