Dövlət Xidmətinin rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib - FOTOLAR

26 Fevral 2026 12:48 (UTC+04:00)

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və xidmətin rəhbər heyəti Bakının Xətai rayonunda ucaldılmış Xocalı soyqırımı abidəsini ziyarət edib.

Dövlət Xidmətindən SİA-ya bildiriblər ki, Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb və faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad olunub.