“Qəzalı tibb müəssisələri kapital investisiya layihəsinə daxil edilib” - Teymur Musayev

26 Fevral 2026 10:20 (UTC+04:00)

Səhiyyə Nazirliyi qəzalı vəziyyətdə olan və əsaslı təmirə ehtiyacı olan bütün tibb müəssisələrini siyahıya alaraq kapital investisiya layihəsinə daxil edib və müvafiq qurumlara təqdim edib.

SİA xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, ayrılan vəsaitlər mərhələli şəkildə təmin olunduqca həmin müəssisələrdə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilir. İşlər başa çatdıqdan sonra obyektlər aidiyyəti qurumların balansına təhvil verilir.

Teymur Musayev vurğulayıb ki, bu proses planlı şəkildə və prioritetlik prinsipi əsasında icra olunur.