“Xocalı Soyqırımı: Unudulmayan Faciə, Alınan Qisas” - MƏQALƏ

26 Fevral 2026 09:47 (UTC+04:00)

XX əsrin sonlarında Azərbaycan xalqının üzləşdiyi ən ağır və dəhşətli faciələrdən biri 1992-ci il fevralın 26-da Xocalı şəhərində baş verdi. Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş insanlıq cinayəti idi. Qarabağın strateji nöqtələrindən biri olan Xocalı həmin dövrdə mühasirədə idi və şəhərdə minlərlə dinc sakin yaşayırdı. Fevralın 25-dən 26-na keçən gecə şəhər ağır artilleriya atəşinə tutuldu, yaşayış evləri dağıdıldı, insanlar vahimə içində şəhəri tərk etməyə məcbur edildi. Qaçmağa çalışan mülki əhali isə pusquya salınaraq amansızcasına qətlə yetirildi.​​​​​​​​​​​​Rəsmi məlumatlara görə, Xocalıda 613 nəfər öldürüldü, onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i isə qocaidi. Səkkiz ailə tamamilə məhv edildi, yüzlərlə insan ağır yaralandı, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalır. Meyitlərin təhqir olunması, insanların diri-diri yandırılması, başlarının kəsilməsi vədigər qeyri-insani rəftar faktları göstərirdi ki, burada məqsəd sadəcə bir yaşayış məntəqəsini ələ keçirmək deyil, azərbaycanlı əhalini etnik mənsubiyyətinə görə məhv etmək idi. Xocalı soyqırımı beynəlxalq humanitar hüququn, xüsusilə müharibə zamanı mülki əhalinin qorunmasını nəzərdə tutan konvensiyaların kobud şəkildə pozulması idi.​​​​​Faciədən sonrakı illərdə Azərbaycan dövlətinin qarşısında duran əsasvəzifələrdən biri bu hadisəyə siyasi-hüquqi qiymət verilməsi və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması oldu. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinə dövlət səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verildi. 1994-cü ildə Milli Məclisin qərarı ilə 26 fevral “Xocalı Soyqırımı Günü” elanedildi. Ulu Öndər beynəlxalq təşkilatlarda, xarici ölkələrlə görüşlərdə və rəsmi çıxışlarında Xocalı həqiqətlərini daim gündəmdə saxlayırdı. Onun müəyyən etdiyi siyasi kurs nəticəsində Xocalı soyqırımının tanıdılması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi vəinformasiya mübarizəsi sistemli xarakteraldı.​​​​​​​​​Bu siyasətPrezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi vədaha da gücləndirildi. Onun rəhbərliyi dövründə Xocalıhəqiqətlərinin beynəlxalq miqyasda tanıdılmasıistiqamətində mühüm nailiyyətlər əldə olundu. Bir sıraölkələrin parlamentləri və ABŞ-ın ştatları Xocalı faciəsinisoyqırımı və ya kütləvi qırğın kimi tanıdı. Xarici ölkələrdəmemorial abidələr ucaldıldı, konfranslar, sərgilər və anımmərasimləri təşkil olundu. Prezident İlham Əliyev dəfələrləbəyan etmişdir ki, Xocalı qurbanlarının qanı yerdəqalmayacaq və Azərbaycan xalqı tarixi ədaləti bərpaedəcək.​​​​​2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağmüharibəsi Azərbaycan tarixində yeni bir mərhələninbaşlanğıcı oldu. Müzəffər Ali Baş Komandan İlhamƏliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakıtorpaqları azad etdi. Döyüş meydanında qazanılan parlaqqələbə təkcə ərazi bütövlüyünün bərpası deyil, həm dəillər boyu ürəklərdə qalan ağrının, o cümlədən Xocalıfaciəsinin qisasının alınması idi. Şəhidlərimizin qanı yerdəqalmadı, xalqımızın ləyaqəti və milli qüruru bərpa olundu. Qarabağın azad edilməsi ilə Azərbaycan öz suverenhüquqlarını təmin etdi və regionda yeni reallıqyaratdı.​​​​​​​​​​​​Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşıdır. Bu hadisə unudulmur və unudulmayacaq. Hər il 26 fevraldaxalqımız şəhidlərin xatirəsini ehtiramla yad edir, onlarınruhu qarşısında baş əyir. Eyni zamanda, Vətənmüharibəsində qazanılan qələbə göstərdi ki, Azərbaycandövləti güclü siyasi iradəyə, qüdrətli orduya və sarsılmazmilli birliyə malikdir. Ulu Öndər Heydər Əliyevin əsasınıqoyduğu dövlətçilik strategiyası və Prezident İlhamƏliyevin qətiyyətli rəhbərliyi nəticəsində Azərbaycan həmXocalı həqiqətlərini dünyaya çatdırdı, həm də tarixi ədalətibərpa etdi. Bu, həm faciənin qurbanlarına ən böyükmənəvi ehtiram, həm də gələcək nəsillərə ötürülən qürurvə mübarizlik nümunəsidir.

YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov.