Xocalı faciəsi qurbanlarının xatirəsini yad edərək hüznünüzü bölüşürük - İtaliya səfirliyi

26 Fevral 2026 09:37 (UTC+04:00)

İtaliyanın Bakıdakı səfirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar başsağlığı verib.

SİA-nın məlumatına görə, bu barədə diplomatik nümayəndəliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"1992-ci il Xocalı faciəsi qurbanlarının xatirəsini yad edərək hüznünüzü bölüşürük", - paylaşımda bildirilib.