Müdafiə Nazirliyinin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib

26 Fevral 2026 09:16 (UTC+04:00)

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti fevralın 26-sı Xocalı soyqırımı abidəsini ziyarət edib.

SİA xəbər verir ki, nazirliyin rəhbərliyi abidə önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsinə ehtiram nümayiş etdirib.