Azərbaycan millisi ilk oyunda Moldovaya qalib gəlib

25 Fevral 2026 17:53 (UTC+04:00)

Moldovada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, U-19 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş komandamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları 61-ci dəqiqədə Nicat Nərimanov və 82-ci dəqiqədə İbrahim Babayev vurublar.

Qeyd edək ki, bu komandalar arasında fevralın 27-də ikinci yoxlama oyunu təşkil olunacaq.