Burak Özçivit Nikas Safronovla birgə sərgidən imtina edib..?

25 Fevral 2026 20:05 (UTC+04:00)

...Türk aktyor Burak Özçivit Rusiyanın xalq rəssamı Nikas Safronovdan gözlənilməz təklif barədə danışıb.

Sənətçi bunu VK Video platformasındakı "ALEKÓ mənim çantamda" verilişinin yeni bölümündə paylaşıb.

“Möhtəşəm əsr” ulduzunun sözlərinə görə, o, Safronovun Rusiyadakı şəxsi tədbirində iştirak edib və orada rəssam birgə sərgi təşkil etməyi təklif edib.

...O, hətta mənimlə birgə sərgi təşkil etməyi təklif edib, amma o, əsl ustadır və onun yanında mən tələbə kimi görünərdim - ona görə də nəzakətlə ona təşəkkür edib vaxtımın olmadığını dedim, - aktyor etiraf edib.

O izah edib ki, ciddi bir iş üçün 10-15 rəsm çəkməli olacaq və hazırda buna vaxtı çatmır. Lakin Özçivit də hədiyyəsiz qalmayıb.

...Aktyor öyünərək deyib ki, “...Nikas Safronov mənim və həyat yoldaşımın portretini çəkdi - rəsm qonaq otağımızda asılıb”.

Xatırladaq ki, 2024-cü ildə Burak Özçivit rus tamaşaçıları ilə əlaqəsini daha da gücləndirən "Yolki 11" filmində kameo rolunu oynayıb.

Nazlı Almuradova