Əhliman Əmiraslanov: Tibb sahəsində elmi tədqiqatların genişləndirilməsi zəruridir

25 Fevral 2026 13:37 (UTC+04:00)

Tibb sahəsində elmi tədqiqatların genişləndirilməsi zəruri məsələlərdən biridir.

SİA xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov AMEA-nın illik Ümumi yığıncağında çıxışı zamanı bildirib.

Akademik qeyd edib ki, elmi araşdırmalar yalnız psixoloji istiqamətlə məhdudlaşmamalı, tibb elminin digər sahələrini də əhatə etməlidir. Onun sözlərinə görə, fundamental və tətbiqi tədqiqatların aparılması səhiyyə sisteminin inkişafı, müasir diaqnostika və müalicə metodlarının tətbiqi, habelə tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından əhəmiyyət kəsb edir.