Milli Kitabxanada Xocalı soyqırımı ilə əlaqədar hazırlanmış elektron layihələr istifadəçilərə təqdim olunub

25 Fevral 2026 11:52 (UTC+04:00)

Milli Kitabxanada Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar, Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş “26 fevral - Xocalı soyqırımı”, “Khojaly genocide” və “Khojaly tragedy - Photo Exhibition” adlı virtual sərgilər istifadəçilərə təqdim olunub.

Kitabxanadan SİA-ya bildirilib ki, “26 fevral - Xocalı soyqırımı” adlı virtual sərgidə azərbaycanlılara qarşı apardığı soyqırımı siyasəti, işğaldan azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar, ağlasığmaz qəddarlıqla törədilmiş dəhşətli faciələr haqqında dövri mətbuatda çap olunan məqalələr, Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar və fotolar nümayiş olunur.

Virtual sərgi ilə https://anl.az/el/vsb/Xocali_soyqirimi/index.htmlinkindən istifadə edərək tanış ola bilərsiniz.

Əcnəbi istifadəçiləri Xocalı soyqırımı haqqında məlumatlandırmaq məqsədilə ingilis dilində təqdim olunan “Khojaly genocide” adlı virtual sərgidə Xocalı faciəsini özündə əks etdirən ingilis dilində kitablar və altyazılı fotoşəkillər nümayiş olunur. Virtual sərgi ilə http://anl.az/el/vsb/Khojaly_genocide/index.htmlinkindən istifadə edərək tanış ola bilərsiniz.

Dünya ictimaiyyətini erməni qəsbkarlarının törətdiyi cinayətlərlə tanış etmək məqsədilə ingilis dilində onlayn rejimdə təqdim olunan “Khojaly tragedy - Photo Exhibition” adlı virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin Xocalı soyqırımı haqqında fikirləri, erməni vandalizmi, Xocalı ağrısını özündə əks etdirən fotolar nümayiş olunur.

Virtual sərgi ilə http://anl.az/el/vsb/Khojaly_genocide/index.htmlinkindən istifadə edərək tanış ola bilərsiniz.