Qazaxıstanın Ali Məhkəməsi qaçqın statusu həll olunana qədər Mansur Movlayevin Rusiyaya ekstradisiyasını dayandırıb. ArbatMedia portalının yazdığına görə, məhkəmə iclası Movlayevin Rusiya hakimiyyət orqanlarına ekstradisiyasının dayandırılması barədə qərarla başa çatıb. Onun vəkili Rəna Kərimova iclasın yekununun səs yazısını dərc edib.
Məhkəmənin qərarı Movlayevin qaçqın statusu üçün müraciətindən irəli gəlir. Onun ekstradisiyası bu müraciət üzrə yekun qərar qəbul edilənə qədər nəzərdən keçirilə bilməz.
Xatırladaq ki, Movlayev ekstremizm ittihamları ilə federal axtarışdadır. O, Ramzan Kadırov və Çeçenistan hakimiyyətinə qarşı tənqidi açıqlamaları ilə tanınır.
Mətləb