Şəmkirdə 2 avtomobil toqquşub, ölən var

24 Fevral 2026 23:28 (UTC+04:00)

Şəmkirdə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, rayonun Qasımalılar kəndində "VAZ-2106" və "Mitsubishi" markalı avtomobillərin toqquşması nəticəsində Gədəbəy rayon sakini, 1953-cü il təvəllüdlü Fəxrəddin Məmmədov dünyasını dəyişib.

Daha bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Mətləb