İqtisadiyyat Nazirliyində yeni təyinat olub. SİA xəbər verir ki, Nazirliyin Xarici maliyyə institutları və investisiya fondları ilə iş şöbəsinə yeni müdir təyin olunub. Bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə Zöhrab Şakir oğlu Qədirov təyin edilib.
Qeyd edək ki, Z.Qədirov son təyinatadək nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini vəzifəsində çalışıb. O, 2022-ci ildən bu postu tutub.
Mətləb