Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Mingəçevir şəhəri, Xocalı küçəsi, ev 8 ünvanında fiziki şəxs Vəfa Razim qızı Əliyevaya məxsus “Yusif” marketdə plandankənar yoxlama aparıblar.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsində verilən məlumata görə, yoxlama zamanı ciddi qanun pozuntusu aşkarlanıb. Müxtəlif əmtəə nişanlı, ümumilikdə 510 ədəd son istifadə müddəti bitmiş qida məhsulunun satışa çıxarıldığı müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Həmçinin vaxtı keçmiş məhsulların satışının qadağan edilməsi, dövriyyədən çıxarılması və məhv edilməsi barədə müvafiq qərar qəbul olunub.