Apple mart ayının əvvəlində ən azı beş yeni cihaz təqdim edəcək...

24 Fevral 2026 19:34 (UTC+04:00)

...Apple 2-4 mart tarixləri arasında üç günlük elan dövrü planlaşdırır.

SİA xəbər verir ki, Bloomberg-in məlumatına görə, bu müddət ərzində şirkət ən azı beş cihaz təqdim edəcək.

Fevral ayında Apple media nümayəndələrinə və bloqçulara 4 martda Nyu-York, London və Şanxayda keçiriləcək Apple Experience tədbirlərinə dəvətnamələr göndərib.

İştirakçıların rəsmi elanlardan sonra yeni məhsulları şəxsən izləyə biləcəkləri gözlənilir.

Təqdimat formatına əsasən, şirkət ənənəvi Apple Event onlayn yayımından imtina edə bilər.

Bunun əvəzinə, elanlar şirkətin veb saytının Apple Newsroom bölməsində bir sıra mətbuat açıqlamaları kimi dərc olunacaq. Ən çox ehtimal olunan buraxılışlar arasında Bloomberg 12,9 düymlük ekrana və iPhone 16 Pro-da istifadə edilən A18 Pro çipinin modifikasiya edilmiş versiyasına malik büdcəli MacBook-u sadalayır.

Cihazın genişləndirilmiş rəng palitrasına malik olduğu barədə şayiələr var.

Həmçinin, Apple A19 çipi, MagSafe dəstəyi, Apple C1X modemi və Wi-Fi 7 standartını dəstəkləyən yeni Apple N1 Wi-Fi çipi ilə təchiz olunmuş iPhone 17e-nin təqdimatı gözlənilir.

Digər potensial elanlara M4 çipli iPad Air, M5 çipli MacBook Air və M5 Pro və M5 Max əsasında MacBook Pro daxil olmaqla yenilənmiş iPad və Mac modelləri daxildir.

Nazlı Almuradova