İti tərəfindən infeksiyaya yoluxan qadının sonrakı aqibəti...

24 Fevral 2026 20:51 (UTC+04:00)

Qadının iti onu yaladıqdan sonra bütün əzaları amputasiya edilib. 52 yaşlı britaniyalı qadın Manjit Sanqa itinin tüpürcəyi qolundakı kiçik bir yaraya girdikdən sonra sepsis xəstəliyinə tutulub.

SİA xəbər verir ki, The Telegraph qəzetinin məlumatına görə, qadın xəstələndikdən bir gün sonra komaya düşüb. O, xəstəxanada 32 həftə keçirib və altı dəfə ürək tutması keçirib. İnfeksiyanın sürətlə yayılması səbəbindən həkimlər dizlərin altındakı hər iki ayağını, hər iki qolunu amputasiya etmək və dalağını çıxarmaq məcburiyyətində qalıblar.

Onda həmçinin pnevmoniya və daxili ağırlaşmalar inkişaf edib.

Sanqa hazırda reabilitasiya keçir, protez üçün vəsait toplayır və yenidən yeriməyi öyrənmək niyyətində olduğunu deyir. Həkimlər qeyd ediblər ki, belə bir ssenari hər kəsin başına gələ bilər.

Nazlı Almuradova