İranda vertolyot düşdü

24 Fevral 2026 14:35 (UTC+04:00)

İranda, İsfahan əyalətinə bağlı Dorçi şəhərində bir vertolyot hələlik müəyyən edilməmiş səbəbdən meyvə-tərəvəz bazasına düşüb.

SİA xarici KİV-ə istinadən məlumat verir ki, İran dövlət televiziyası düşən vertolyotun görüntülərini yayımlayıb.

Görüntülərdə vertolyotun düşməsindən sonra baş verən yanğına yanğınsöndürənlərin müdaxilə etdiyi görünür.

Hadisədə ölən və ya yaralanan olub-olmadığı barədə isə hələ açıqlama verilməyib.