Meksikada Jalisco Yeni Nəsil Karteli lideri El Mencho-nun öldürülməsindən sonra baş verən hadisələrdə 55 nəfər həyatını itirib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Təhlükəsizlik və Vətəndaşları Qoruma naziri Omar Qarsia Harfuch bildirib ki, Jalisco Yeni Nəsil Karteli (CJNG) lideri El Mencho-nun öldürülməsindən sonra 16 əyalətdə zorakılıq hadisələri baş verib. CJNG-nin hücumları nəticəsində 25 təhlükəsizlik əməkdaşı ölüb, əməliyyatlar zamanı isə 30 kartel üzvü zərərsizləşdirilib.
Harfuch əlavə edib ki, 11 əyalətdə 85 yol bağlanması hadisəsi baş verib, lakin təhlükəsizlik qüvvələrinin fəaliyyəti sayəsində əsas nəqliyyat arteriyasında hərəkət tam normal vəziyyətə qaytarılıb.
Digər tərəfdən, ordunun həyata keçirdiyi əməliyyat nəticəsində öldürülən El Mencho-nun cəsədinin Meksiko şəhərindəki hüquq-mühafizə orqanına aid hangardan yüksək təhlükəsizlik tədbirləri altında Federal Respublika Prokurorluğuna (FGR) məxsus məhkəmə-tibb müəssisəsinə göndərildiyi açıqlanıb.