ADY: Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür

24 Fevral 2026 14:02 (UTC+04:00)

"Azərbaycan Dəmir Yolları" QSC-nin fiziki gediş kartlarının balansına www.ady.az saytı vasitəsilə də vəsait yükləmək mümkündür.

Bu barədə SİA ADY-yə istinadən xəbər verir.

Məlumata əsasən, bunun üçün saytda "Fiziki kartın balansının artırılması" bölməsinə keçid edərək kart üzərindəki 10 rəqəmi və məbləği qeyd etmək lazımdır.