Azərbaycan güləşçisi Rusiyadakı turnirdə bürünc medal qazanıb

24 Fevral 2026 12:09 (UTC+04:00)

Azərbaycanın sərbəst güləşçisi Ramiz Həsənov (79 kq) Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxış edib.

Bu barədə SİA-ya Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

O, 14 ölkənin təmsil olunduğu "Vladimir Semyonov Kuboku"nda bürünc medal qazanıb.