Futzal üzrə Azərbaycan millisi iki yoldaşlıq matçı keçirəcək.
Bu barədə SİA-ya Azərbaycan Futzal Federasiyasından bildirilib.
Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda Tbilisi İdman Sarayında Gürcüstan yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, görüşlər aprelin 9 və 11-də baş tutacaq.