Ötən gün polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan 13 tüfəng aşkarlanıb

24 Fevral 2026 10:50 (UTC+04:00)

Ötən gün polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan 13 tüfəng aşkarlanıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirib ki, fevralın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 qumbaraatan, 13 tüfəng, 1 patron darağı, 1 mərmi və 8 ədəd patron aşkar edərək götürüblər.