Bu gün Misli Premyer Liqasında XIV turdan təxirə salınmış oyun keçiriləcək.
SİA xəbər verir ki, “Qəbələ” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək.
Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşma saat 15:00-da start götürəcək.
Hazırda qonaqlar 37 xalla turnir cədvəlinin 3-cü, ev sahibləri isə 15 xalla 10-cu pilləsində qərarlaşıblar.
Qeyd edək ki, dekabrın 8-də keçirilməli olan “Qəbələ” – “Turan Tovuz” oyunu qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılmışdı.