Polşada NATO obyektlərini izləyirdi, polisin əlinə keçdi

24 Fevral 2026 02:16 (UTC+04:00)

Polşanın təhlükəsizlik orqanları bu ölkənin və NATO-nun strateji əhəmiyyətli bir sıra müdafiə obyektlərini izləməkdə şübhəli bilinən şəxsi saxlayıblar.

“Tagesschau” nəşrinin məlumatına görə, Varşava prokurorluğu Belarus vətəndaşı olan həmin şəxsin 2024-cü ilin iyunundan etibarən Polşa, Almaniya və Litvada məlumat topladığını açıqlayıb. Onun kritik infrastruktur obyektlərini və hərbi qurğuları müşahidə etdiyi bildirilir. Həmin obyektlər arasında Polşa və NATO-nun müdafiəsi üçün mühüm əhəmiyyət kəsb edən qurumlar da var.

Hazırda istintaq təcridxanasında saxlanılan həmin şəxslə bağlı iş üzrə Polşa, Almaniya və Litvanın hüquq-mühafizə orqanları birgə əməkdaşlıq edirlər.