"Araz çayı üzərindəki bu avtomobil körpüsünün tikintisi artıq başa çatıb"

23 Fevral 2026 23:06 (UTC+04:00)

Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclasında çıxışı zamanı mühüm fikirlər səsləndirib. O qeyd edib ki, Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi artıq başa çatıb və sərhəd-gömrük infrastrukturunun inşası tamamlandıqdan sonra körpünün istismara verilməsi nəzərdə tutulur.
SİTAT: "Sözügedən layihə Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvanla ən qısa və səmərəli marşrutla birləşdirəcək, eyni zamanda Fars körfəzi ilə Qara dənizi əlaqələndirən əlverişli avtomobil marşrutunun mühüm tərkib hissəsini təşkil edəcək", - baş nazirin müavini qeyd edib.

Mətləb