Ukraynanın bərpası üçün 588 milyard dollara ehtiyac var

23 Fevral 2026 17:27 (UTC+04:00)

Ukraynada yenidənqurma işlərinin həyata keçirilməsi üçün 588 milyard dollar lazım olacaq.

SİA xəbər verir ki, bu barədə Dünya Bankı, BMT, Avropa Komissiyası və Ukrayna hökuməti bildirib.

Bu qiymətləndirmə 2022-ci il fevralın 24-dən 2025-ci il dekabrın 31-ə qədər olan dövrü əhatə edir və burada ötən ilin hesablamalarına nisbətən 12% artım qeydə alınıb.

Araşdırma Rusiyanın Ukraynaya bu ilin yanvar və fevral aylarında endirdiyi zərbələri ehtiva etmir.