Türkiyə millisinin sabiq futbolçusu cari mövsüm dördüncü dəfə qırmızı vərəqə görüb

23 Fevral 2026 16:43 (UTC+04:00)

Türkiyə millisinin sabiq futbolçusu Caner Erkin cari mövsüm dördüncü dəfə qırmızı vərəqə alıb.

SİA xəbər verir ki, "Sakaryaspor"da çıxış edən 37 yaşlı oyunçu I Liqa təmsilçisinin heyətində bu halla üzləşib.

Təcrübəli cinah müdafiəçisi son olaraq bu gün "Sivasspor"a uduzduqları (1:4) XXVII turun matçında ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, Caner Erkin cari mövsüm "Sakaryaspor"un heyətində 12 matça çıxıb