Minskdə hər 1000 kişiyə 1206 qadın düşür...

23 Fevral 2026 18:04 (UTC+04:00)

...Statistika göstərir ki, Minskdə hər 1000 kişiyə 1206 qadın düşür.

SİA xəbər verir ki, məlumatlar paytaxtın Baş Statistika İdarəsi tərəfindən dərc edilib, detallar isə Minsk-Novosti xəbər agentliyi tərəfindən təqdim edilib.

2025-ci ilin əvvəlində Belarus paytaxtında 905.200 kişi və ya ümumi əhalinin 45,3 faizi yaşayırdı. Minskdə hər 1000 kişiyə 1206 qadın düşürdü. Ən çox kişi Minskin iki rayonunda - Moskva və Frunzenskidə, ən az isə Tsentralnı və Partizanskidə yaşayırdı.

Minsk sakininin orta yaşı 38,2 il idi..?

Əli Babayev