Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində sonuncu oyuna çıxıb

23 Fevral 2026 15:56 (UTC+04:00)

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində sonuncu oyuna çıxıb.

SİA xəbər verir ki, yığma 5-ci yer uğrunda görüşdə Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən matç rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da komandamız turnirdə 6-cı yeri tutub.