Qurban Qurbanov belçikalı futbolçunu cəzalandırıb

23 Fevral 2026 14:25 (UTC+04:00)

"Qarabağ"ın futbolçusu Sami Mmaenin əvəzedici komandaya göndərilməsinin səbəbi bəlli olub.

SİA xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında məlumat verib.

Mütəxəssis bildirib ki, belçikalı müdafiəçi daxili nizam-intizam qaydalarını pozduğu üçün cəzalandırılıb.