Salyanda 5 kiloqram narkotik vasitə aşkarlanıb

23 Fevral 2026 12:47 (UTC+04:00)

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Rauf Abuşov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan SİA-ya verilən məlumata görə, onun üzərindən və yaşadığı ünvandan 5 kiloqram marixuana və çətənə kolları aşkarlanaraq götürülüb.

Rauf Abuşov narkotik vasitəni sosial şəbəkələr vasitəsilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.