Vüsal Nəsirli Abşeronda vətəndaşları qəbul edəcək

23 Fevral 2026 10:33 (UTC+04:00)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirli Xırdalan şəhərində sakinləri qəbul edəcək.

Bu barədə SİA-ya agentlikdən məlumat verilib.

Məlumata əsasən, V.Nəsirli fevralın 27-də Abşeron və Zəngilan rayonlarının sakinlərini qəbul edəcək.

Vətəndaşlar fevralın 23-25-də agentliyə rəsmi şəkildə [email protected] elektron ünvanı və ya poçt vasitəsilə müraciət edərək və ya (012) 599-79-75 Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.