Ötən həftə 593 yanğın olub, 37 nəfər xilas edilib

23 Fevral 2026 10:02 (UTC+04:00)

Ötən həftə 593 yanğın olub.

Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 593 yanğına çıxış, 26 halda köməksiz vəziyyətdə qalma, 1 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Ümumilikdə, FHN qüvvələri tərəfindən ötən həftə ərzində 13-ü azyaşlı olmaqla 37 nəfər xilas edilib, 11 nəfər təxliyə olunub, 3 nəfər xəsarət alıb, 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilib.