Belarusda rekord həddə işçi qüvvəsi çatışmazlığı yaşanır...

22 Fevral 2026 20:05 (UTC+04:00)

...Belstat məlumat bazasına görə, ötən il Belarus müstəqillik qazandıqdan bəri ən ciddi işçi qüvvəsi çatışmazlığı ilə üzləşib.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Zerkalo xəbər verir.

İşəgötürənlər tərəfindən bildirilən vakansiyaların sayına əsasən, 2025-ci ildə əmək bazarında rekord sayda işçi qüvvəsi çatışmazlığı yaşanıb: 163.794.

Yeni mütəxəssislərin axtarıldığı vakansiyaların sayı 2010-cu illərin sonlarında artaraq 2019-cu ildə 83.571-ə çatıb.

Bir il sonra vakansiyaların sayı 71.995-ə düşüb.

Daha sonra isə daha sürətli templə artmağa başlayıb. Nəticədə, elan edilmiş vakansiyaların sayı 2020-2025-ci illər arasında ikiqatdan çox artıb.

Əli Babayev