Çoxmərtəbəli binanın sakinləri “cin”dən şikayətləniblər...

22 Fevral 2026 21:04 (UTC+04:00)

...Moskva yaxınlığındakı Balaşixada, Elena adlı aqressiv yaşlı bir qadın çoxmərtəbəli binada məskunlaşıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, qonşularına hücum edir, qapılarına çəkic vurur və dəhşətli dərəcədə qışqırır.

Sakinlərin sözlərinə görə, hadisə iki ildir davam edir. Dəli təqaüdçü insanlara hücum edir, binanın girişindəki uşaq arabalarını yandırır və itləri öldürür.

Şahidlər qeyd edirlər ki, hüquq-mühafizə orqanlarına edilən müraciətlər istənilən nəticəni vermir və qadın hələ də “hökmünü edir”..?

...Məsələn, 2025-ci ilin noyabr ayında o, 54 yaşlı bir qadına hücum edərək onu qolundan və kürəyindən bıçaqlayıb. Zərərçəkənə tikiş qoyulub və Elenaya qarşı polis ifadəsi verilib.

Məmurlar gələndə o, qapını açmayıb. Daha sonra qonşular Fövqəladə Hallar Nazirliyinə zəng ediblər: onlar qapını zorla açıblar və hücum edən psixiatrik xəstəxanaya aparılıb.

Amma yanvar ayının sonunda Yelena yenidən evə qayıdıb və girişdə yenidən qışqırıqlar eşidilməyə başlayıb.

Sakinlər daha sonra prokurorluqla əlaqə saxlayıblar. Prokurorluq cinayət sübutlarının olmaması səbəbindən işin bağlandığını müəyyən edərək, bu qərarı qanunsuz hesab edib.

...Materiallar əlavə araşdırma üçün göndərilib.

Nazlı Almuradova