...Danimarkanın baş naziri Mette Frederiksen ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı "tibbi təşəbbüsləri" barədə açıqlamasına cavab verib.
SİA-nın əldə etdiyi məlumata görə, Frederiksen bunu bazar günü Facebook-da yazıb.
ABŞ Prezidenti Donald Tramp şənbə günü Luiziana qubernatoru Ceff Landri ilə birlikdə Qrenlandiyaya xəstəxana gəmisi göndərmək üçün çalışdığını açıqlayıb.
Tramp sosial mediada yazıb ki, "lazımi müalicəni almayan çoxsaylı xəstə insanlara" kömək etmək üçün Qrenlandiyaya böyük bir tibbi gəmi göndərir.
Frederiksen açıqlamasında Trampdan birbaşa bəhs etməyib, lakin açıq şəkildə ABŞ Prezidentinin açıqlamasına istinad edib.
...Hər kəsin səhiyyə xidmətlərinə pulsuz və bərabər çıxışı olan bir ölkədə yaşadığım üçün şadam. Lazımi müalicəni alacağınızı sığorta və ya sərvət müəyyən etmir. Eyni yanaşma Qrenlandiyada da tətbiq olunur. Gözəl bir bazar günü keçirin! - baş nazir yazıb.
Ölkənin müdafiə naziri əvvəllər bildirmişdi ki, Danimarka hökuməti Donald Trampın elan etdiyi kimi Qrenlandiyaya Amerika tibbi gəmisi göndərmək planları barədə heç bir məlumata malik deyil.
O, xarici yardıma ehtiyac olmadığını təkzib edib. Trampın şənbə günü paylaşımı Danimarkanın Birgə Arktika Komandanlığının Qrenlandiya sularında ABŞ sualtı qayığından təcili tibbi yardıma ehtiyacı olan heyət üzvünün təxliyə edilməsi barədə məlumat verməsindən bir neçə saat sonra dərc edilib.
Əli Babayev