Şamaxıda zəlzələ olub

22 Fevral 2026 09:08 (UTC+04:00)

Qobustan stansiyasından 35 km cənub-qərbdə, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

SİA xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ episentrə yaxın yaşayış kəndlərində 4-3 bala qədər hiss olunub.