Pakistanda terror aktı törədilib - ölənlər var

22 Fevral 2026 02:19 (UTC+04:00)

Pakistanda növbəti terror aktı törədilib. Ölkənin şimal-qərbində, Bannu rayonunda kamikadze partlayıcı ilə yüklü avtomobili təhlükəsizlik konvoyuna çırpıb.

Bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb. Məlumata görə, nəticədə iki hərbçi, o cümlədən polkovnik-leytenant həlak olub.

Mətləb