Lənkəranda ər özünü və arvadını ov tüfəngi ilə öldürüb - TƏCİLİ

22 Fevral 2026 01:17 (UTC+04:00)

Lənkəran rayonunda iki nəfərin ölümü ilə nəticələnən qətl hadisəsi qeydə alınıb. Hadisə dünən axşam saatlarında rayonun Kərgəlan kəndində baş verib.

1956-cı il təvəllüdlü Sərhad Məmmədov ov tüfəngi ilə həyat yoldaşı, 1965-ci il təvəllüdlü Balaqız Məmmədovanı öldürüb. Məlumata görə, Sərhad Məmmədov daha sonra həmin silahla özünü güllələyərək öldürüb. Faktla bağlı araşdırma aparılır.

Mətləb