Qəzzaya yardım aparan Türkiyə gəmisi Misirə çatıb

22 Fevral 2026 00:24 (UTC+04:00)

Türkiyənin Qızıl Aypara Cəmiyyətinin Qəzza zolağına göndərilmək üçün hazırladığı 21-ci "Xeyirxahlıq Gəmisi" Misirin Əl-Ariş Limanına çatıb.

Türkiyə mediasının yazdığına görə gəmidə təxminən 3 min 300 ton zəruri əşyalar, 175 min ərzaq bağlaması, geyim, gigiyena, sığınacaq, su və digər tələbat avadanlıqları var. Yardım "Fələstinə nəfəs" kampaniyası çərçivəsində həyata keçirilib.

Əl-Ariş Limanında qarşılanan humanitar yardım Misirin Qızıl Aypara Cəmiyyəti ilə koordinasiyalı formada "Rəfah" sərhəd keçid məntəqəsi vasitəsilə Qəzzaya göndəriləcək.

Mətləb