Rusiyada miqrantlara PİS SÜRPRİZ - 18 yaşlı miqrant uşaqları...

22 Fevral 2026 00:16 (UTC+04:00)

Rusiya hökuməti miqrantlara qarşı yeni və sərt qanun layihəsi hazırlayır. Məlum olub ki, Dövlət Dumasına Rusiyada iş icazəsi ilə çalışan miqrantların uşaqları üçün yeni tələblər qoyan qanun layihəsi təqdim edilib. Qanun layihəsinin mətni artıq Dumanın elektron məlumat bazasında yerləşdirilib.

Təklif olunan dəyişikliklər "Xarici vətəndaşların hüquqi statusu haqqında" Qanuna şamil olunacaq. Sənədə əsasən, miqrant uşaqlar yalnız valideynlərinin iş icazəsinin müddəti ərzində Rusiyada qala biləcəklər. Həmçinin, miqrant işçi və hər bir uşağı üçün sabit əvvəlcədən müəyyən olunmuş fərdi gəlir vergisi ödənməlidir.

Qanun qüvvəyə minərsə, 18 yaşına çatmış miqrant uşaqlar ya 30 gün ərzində Rusiyanı tərk etməli, ya da müəyyən edilmiş müddət ərzində iş icazəsi üçün müraciət etməlidirlər.