"Təcili ABŞ-a gəl!" - Trampdan Ronaldoya MESAJ

21 Fevral 2026 23:28 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldoya gözlənilməz müraciət edib.

Ağ Ev rəhbəri bildirib ki, Ronaldo bütün zamanların ən böyük oyunçularından biridir və onun Amerikaya gəlməsi ölkə üçün vacib sayılır. Prezident futbolçuya “dərhal yola düş” mesajı verərək onu ABŞ-də görmək istədiyini vurğulayıb.

Xarici KİV-lərin yazdığına görə bu açıqlama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Mətləb