Azərbaycan və Pakistan XIN rəhbərləri arasında telefon danışığı olub - TƏCİLİ

21 Fevral 2026 22:14 (UTC+04:00)

Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub. SİA-nın məlumatına görə, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

Tərəflər ikitərəfli əməkdaşlığı, regional və beynəlxalq hadisələri, o cümlədən hər iki nazirin qatıldığı, Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasını müzakirə ediblər. Nazirlər qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə sıx əlaqələndirməni davam etdirmək barədə razılığa gəliblər.

Mətləb